8 ayda 56 mindən çox körpə doğulub Yeni statistika

16.10.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 56 min 404 yeni doğulan körpə qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici azalaraq 9,3-dən 8,2-yə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Körpələrdən 1902-si əkiz, 69-u isə üçəm doğulub. pizza sifarişi

8 ayı ərzində ölkədə 40 min 191 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici dəyişməyərək eyni səviyyədə qalıb – 5,9.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью