8 ayda sosial ödənişlərə 1,5 milyard manat ayrılıb

21.09.2026

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-avqust aylarında 1 milyon 100 min şəxsə 1 milyard 503 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.

Gununsesi.info xəbər verir ki, onlardan 515 min nəfərə müavinət olaraq 844 milyon manat, 406 min nəfərə Prezident təqaüdü olaraq 542 milyon manat, 179 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 117 milyon manat ödəniş həyata keçirilib.

Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən müavinətlər üzrə 11 faiz, təqaüdlər üzrə 12 faiz, sosial sığorta hesabına müavinətlər üzrə 5 faiz çox olub.

Bu ilin 8 ayında daha 98 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 977 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью