8 boksçumuz 1/4 finalda

18.05.2025

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda yeniyetmə oğlan və qız boksçular arasında “Heydər Əliyev kuboku-2025” beynəlxalq turniri davam edir.

Apasport.az xəbər verir ki, 8 ölkənin qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin daha 8 idmançısı qələbə qazanıb.

48 kq, 52 kq, 54 kq, 57 kq və 75 kq rəqiblərini məğlub edən boksçularımız 1/4 finala yüksəliblər.

Bakı Boks Mərkəzində keçirilən turnirin üçüncü günündə oğlanlar arasında 28, qızlarda 6 döyüş olacaq.

1/8 final

48 kq
Hüseyn Quliyev (Azərbaycan) – Casurbek Mahmudjonov (Özbəkistan-2) – 4:1 (29:28, 29:28, 29:28, 27:30, 30:27)

52 kq
Yusif Əliyev (Azərbaycan) – Aslan Jenispayev (Qazaxıstan) – 3:2 (29:28, 29:28, 29:28, 28:29, 28:29)
Tunar Mehdiyev (Azərbaycan) – Rəhman Hüseynli (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib

54 kq
Sadiq Musayev (Azərbaycan) – Məhəmməd Əliyev (Rusiya) – 4:1 (29:28, 28:29, 29:28, 29:28, 30:27)

57 kq
Yusif Həsənli (Azərbaycan) – Sunnatullo Bakoyev (Özbəkistan-2) – 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27)
Əflatun İsmiyev (Azərbaycan) – Abdurahmon Murtazayev (Özbəkistan-2) – 3:2 (29:28, 28:29, 29:28, 29:28, 27:30)

75 kq
Hüseyn Vahabov (Azərbaycan) – Şahəddin Həsənli (Azərbaycan) – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27)
İbrahim Veysioğlu (Türkiyə) – Turqay Abbasov (Azərbaycan) – 0:5 (29:28, 29:28, 30:27, 29:28, 29:28)

Qeyd edək ki, 216 (185 oğlan, 31 qız) boksçunun qatıldığı yarışda oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev kuboku-2025″in final görüşləri mayın 21-də olacaq.

Bakıda boks üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir Qələbə gününə həsr olunmuş kikboksinq yarışları başa çatıb Özbəkistanlı boksçular Bakıda hazırlıq keçəcəklər Akif Quluzadədən qələbə Azərbaycan Boks Federasiyası və AHİTA arasında əməkdaşlığa dair görüş keçirilib
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью