8 ci mərtəbədən yıxılan tələbə möcüzə nəticəsində sağ qaldı

17.11.2026

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, hadisə gənc qadının dostları ilə birlikdə əyləndiyi mənzildə baş verib.

Belə ki, iddialara görə, K.Sarcent mahnı sədaları altında rəqs edərkən geriyə doğru hərəkət edib və 8-ci mərtəbənin pəncərəsindən aşağı düşüb.

Bildirilir ki, həmin vaxt spirtli içki qəbul edən tələbə mebellərin üzərində rəqs edirmiş. Təxminən 20 metr hündürlükdən yıxılan gənc qadın yerə düşərkən metal skamyaya çırpılıb. Skamyanın zərbənin təsirini müəyyən qədər azaltmış ola biləcəyi ehtimal edilir.

Hadisə nəticəsində onun ayağında ciddi sınıq, həmçinin döş qəfəsi nahiyəsində xəsarətlər yaranıb. Buna baxmayaraq, o, sağ qalıb.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью