8 ci mərtəbədən yıxılan tələbə sağ QALDI

30.09.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

ABŞ-də Corciya Universitetinin tələbəsi səkkizinci mərtəbənin pəncərəsindən yıxılaraq ağır xəsarət alıb.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı tələbə açıq pəncərənin yaxınlığında yerləşən divanda rəqs edib. O, müvazinətini itirərək böyük hündürlükdən aşağı düşüb.

Tələbə hovuzun yaxınlığındakı yaşayış kompleksinin həyətində aşkarlanıb. O, sağ qalıb və təcili tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb.

Xilasedicilərin sözlərinə görə, tələbə yıxıldıqdan sonra şüurlu olub.

Hadisədən sonra yaşayış kompleksinin rəhbərliyi yuxarı mərtəbələrdəki pəncərələrin təhlükəsizlik kilidləri ilə təchiz edildiyini sakinlərə xatırladıb. Sakinlərə təhlükəsizlik məqsədilə həmin kilidləri çıxarmamaq tövsiyə olunub.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью