8 ci mərtəbədən yıxılıb öldü

02.04.2025

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünən axşam saatlarında Abşeron rayonu Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, saat 17 radələrində 1960-cı il təvəllüdlü Həmidə Quliyeva yaşadığı çoxmərtəbəli binanın 8-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. Qadın hadisə yerində vəfat edib.

Onun pəncərəni silərkən ehtiyatsızlıqdan yıxıldığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью