“8 giqavatlıq gücün əldə edilməsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsidir” ŞƏRH OLU…
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Azərbaycan Prezidenti İlham Əliyevin 2032-ci ilə qədər günəş və külək enerjisi üzrə 8 giqavat güc əldə olunacağına dair açıqlaması ölkənin enerji strategiyasında mühüm mərhələnin başlanğıcını ifadə edir”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
Onun sözlərinə görə, bu hədəf Azərbaycanın enerji sektorunda şaxələndirmə siyasətinin və bərpa olunan enerji mənbələrinə keçidin prioritet istiqamət kimi müəyyənləşdirildiyini göstərir: ”Qlobal iqlim dəyişiklikləri fonunda yaşıl enerjiyə keçid həm ekoloji, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır.
Son illərdə Azərbaycan bərpa olunan enerji sahəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirir, iri günəş və külək elektrik stansiyalarının tikintisini təşviq edir.
Xüsusilə işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji zonası” elan edilməsi bu istiqamətdə strateji yanaşmanın formalaşdığını göstərir.
Günəş və külək potensialının yüksək olduğu bu ərazilər gələcəkdə ölkənin ümumi enerji balansında mühüm paya malik ola bilər.
8 giqavatlıq gücün əldə edilməsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir.
Tam oxu
Xəbəri oxu