8 gün əvvəl maşın vurmuşdu, bu gün öldü

09.06.2025

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qax rayonunda səkkiz gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada vəfat edib.

Modern.az xəbər verir ki, rayon sakini, 1951-ci il təvəllüdlü İsmət Bayram oğlu Mustafayev bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə iyunun 1-də Qax şəhərinin mərkəzində baş verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью