8 gün öncə baş verən qəzada xəsarət alan sürücü bu gün öldü

17.11.2025

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 9-da Şəki rayonunun İnçə kəndi ərazisində baş verən qəzada altı nəfər müxtəif dərəcəli bədən xəsarətləri almışdı.

MÖVZU İLƏ BAĞLI: 

Şəkidə ağır qəza: Yaralananlar var


Bizim.Media-nın yerli bürosu xəbər verir ki, “Mercedes” markalı avtomobillə toqquşan “Chevrolet”in sürücüsü, 35 yaşlı Famil Şəmiyev Bakı şəhərində müalicə aldığı xəstəxanada ölüb.
Qeyd edək ki, hadisə zamanı xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.
 

Həkimlərin tövsiyyəsi ilə Famil Şəmiyev paytaxtdakı xəstəxanaya göndərilmişdi.


Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью