8 həftə oynamayacaq

15.09.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

8 həftə oynamayacaq

“Aston Villa”nın müdafiəçisi Yan Matssen yaxın həftələrdə komandasına kömək edə bilməyəcək.

QOL.az “The Athletic”ə istinadən xəbər verir ki, 24 yaşlı niderlandlı futbolçu “Nottingem Forest”lə oyunda (1:2) zədələnib.

Tibbi müayinədən sonra Matssenin sağ ayaq biləyindən zədə aldığı müəyyənləşib. Onun təxminən 8 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Beləliklə, müdafiəçi “Aston Villa”nın İngiltərə Premyer Liqası və Çempionlar Liqasındakı yaxın oyunlarını buraxacaq. O, həmçinin sentyabrın sonu və oktyabrın əvvəlində Millətlər Liqasında Almaniya, Serbiya və Yunanıstana qarşı keçiriləcək matçlarda Niderland millisinin heyətində yer ala bilməyəcək.

Matssen bu mövsüm 6 oyunda meydana çıxıb.

“Aston Villa” Premyer Liqada 4 turdan sonra cəmi 1 xal toplayıb və 19-cu pillədə qərarlaşıb. Unay Emerinin komandası Çempionlar Liqasına isə “Brügge” üzərində 3:2 hesablı qələbə ilə başlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью