Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
İranın gəmi əleyhinə qanadlı raketinin Hörmüz boğazında bir gəmiyə zərbə endirməsi nəticəsində 8 ABŞ dəniz piyadası yaralanıb.
“Cebheinfo.az” “NBC” telekanalına istinadən xəbər verir ki, hərbçilərin kəllə-beyin travması aldığı bildirilir.
Onlar baş ağrıları da daxil olmaqla, beyin silkələnməsi simptomları yaşayırdılar. Hücum 14 sentyabrda baş verib.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohebinin əvvəllər bildirdiyi kimi, İran təcavüz halında bölgədəki əlavə ABŞ hədəflərinə yeni silahlarla hücum etməyə başlayacaq.
Mohebi dəyişikliklərin müharibənin coğrafiyasına, istifadə olunan silahlara və istifadə olunan hərbi texnikaya təsir edəcəyini vurğuladı.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin