futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İspaniya La Liqasına vəsiqə qazanan ikinci komanda məlum olub.
Futbolpress.az xəbər verir ki, Sequndada XXXXI turda “Valyadolid”ə qalib gələn “Deportivo” sona bir tur qalmış elitaya vəsiqəni təmin edib.
“Deportivo” 77 xalla turnir cədvəlində ikinci sıradadır. Daha öncə lider “Rasinq Santander”in La Liqada iştirakı dəqiqləşib.
“Deportivo” sonuncu dəfə 2017/18 mövsümündə elitada mübarizə aparıb.