8 ildən sonra İLK

03.06.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Amerika Birləşmiş Ştatlarının bir nümayəndə heyəti ilə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (PMEF) iştirak edəcəyini bildirib. 

Bu səviyyədə rəsmi iştirak 2017-2018-ci illərdən bəri ilk dəfədir reallaşır. Rəsmi şəxslər bunun iki ölkə arasında yeni bir başlanğıc ola biləcəyini qeyd etsələr də, nümayəndə heyətinin hazırda məhz mədəni dialoq üçün gəldiyini xüsusilə vurğulayırlar.

"Cebheinfo.az" xəbər verir ki,  Amerika heyətinə ABŞ Təsviri Sənət Komissiyasının sədri Rodney Mims Kuk rəhbərlik edəcək. Kukun eyni zamanda "Rusiya və ABŞ: Mədəniyyətlərarası Dialoq" başlıqlı sessiyada çıxış edəcəyi gözlənilir.

Dövlət tərəfindən dəstəklənən bu iştirakın ticarətdən daha çox mədəni bir təmas kimi dəyərləndirilməli olduğu bildirilir.

Forumun ən mühüm sessiyasında Rusiya mədəniyyət dünyasının iki nəhəng siması da səhnəyə çıxacaq: Böyük Teatr (Bolşoy) və Mariinski Teatrının bədii rəhbəri Valeri Qergiyev ilə Dövlət Ermitaj Muzeyinin baş direktoru Mixail Piotrovski də məruzəçilər arasında yer alır.

Nümayəndə heyətinin forumun rəsmi açılışından əvvəlki ilk dayanacağı isə məşhur "Lenfilm" kinostudiyası olub. Ziyarətin məqsədi inklüziv sənətin gücünü vurğulamaqdır.

Studiyada "(Ne) Bənzəri Olmayan" kino klubu tərəfindən hazırlanan "Bəşəri Körpü" adlı animasiya filmi proqramı nümayiş etdirilib. Nümayişdə Rusiya və Amerika istehsalı olan qısametrajlı filmlər birgə izləyicilərə təqdim olunub.

Rəsmi şəxslər bu növ mədəni qarşılıqlı təsirlərin siyasi gərginliyin yüksək olduğu bir dövrdə iki ölkə arasında körpü rolunu oynamasının ümidverici olduğunu ifadə ediblər.

Nigar Hacılı 
"Cebheinfo.az

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью