8 ilə Eyfelin kopyasını hazırladı FOTO

30.08.2025

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Fransada 77 yaşlı kişi nəvəsi ilə birlikdə Eyfel qülləsinin kiçik kopyasını hazırlayıb.

Ölkə.Az NTV-yə istinadla xəbər verir ki, peşəsi mexanik olan baba qüllənin oxşar və kiçik modelini hazırlamaq üçün 8 il vaxt sərf edib.

30 metr hündürlükdə olan “Eyfel”i Yan Klod Fasler və nəvəsi Kilian Antenat 1889-cu il dizaynına sadiq qalaraq qülləni 1/10 miqyasda inşa edib.

Eyfel pərəstişkarı olan Fasler bir gecəni qüllənin birinci mərtəbəsində yatmağı planlaşdırdığını söyləyib:

“Beləliklə, “bacardım” və “Eyfel qülləsində bir mənzilim var” deyə bilərəm”.

Təxminən 8 illik layihənin xərclərini ödəmək üçün Fasler qülləni tamamlandıqdan sonra satmağı planlaşdırdığını açıqlayıb.

Billurə Yunus

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью