8 illik evlilik bitir? Müğənni və xanımından açıqlama

01.06.2026

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Türk müğənni Alışan bayramın son günündə Şimali Kiprdə səhnəyə çıxıb.
Demokrat.az
xəbər verir ki, müğənni səhnə öncəsi həyat yoldaşı Buse Varol ilə birlikdə sualları cavablandırıb.
"Bizi hər ay boşatdırırlar. Hər ay da hamilə qalırmışam. Hər ay evi tərk edirmişəm. Hər gün başqa bir gündəmlə oyanıram. Artıq bu xəbərlərə əhəmiyyət vermirəm. Xoşbəxtik və ayrılmırıq", deyə Buse Varol bildirib.
Aktrisa "Sizcə, həyat yoldaşınız xəsisdir" sualına belə cavab verib:
"Kimə görə? Nəyə görə? Mənə görə xəsis deyil".
Alışan isə əlavə edib: "Mən xəsis deyiləm. Xəsis insandan da nifrət edirəm".
Müğənni həmçinin yeni sinql çıxaracağını da açıqlayıb: "Daha əvvəl Mustafa Sandalın ifa etdiyi "Kadere Bak" mahnısını yenidən səsləndirmişəm. Doğum günüm olan 19 iyunda yayımlanacaq".
Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью