8 illik məşəqqət bitdi: Hollivud ulduzları rəsmən boşandılar

31.12.2024

Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.

Hollivud aktyorları Ancelina Coli və Bred Pitt razılığa gələrək boşanmalarını yekunlaşdırıblar.

Publika.az xəbər verir ki, bu barədə “People” jurnalı məlumat yayıb.

“2016-cı ildən ayrı yaşayan aktyorlar dekabrın 30-da, bazar ertəsi günü boşanmaq üçün ərizə veriblər”, – nəşr yazır.

Qeyd olunur ki, Coli və Pitt ayrıldıqlarını elan etdikdən 8 ildən sonra boşanma sənədləri imzalayıblar.

Aktrisanın vəkili Ceyms Saymon jurnala deyib ki, Coli yorğun olsa da, yüngülləşib.

Xatırladaq ki, Bred Pitt və Ancelina Coli 2014-cü ildə rəsmi nikaha daxil olublar. Keçmiş cütlüyün birlikdə beş övladı var.

Tural

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью