8 illik münasibətlərini bitirdilər...

06.06.2025

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Məşhur amerikalı aktrisa Dakota Conson nişanlısı “Coldplay” qrupunun solisti Kris Martinlə ayrılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Cütlüyə yaxın mənbələr qeyd ediblər ki, 8 illik münasibətin bitməsinə səbəb onlar arasındakı uyğunsuzluq olub. Belə ki, Dakota Conson daha stabil ailə həyatı arzulayır, lakin nişanlısı diqqətini musiqi karyerasına verir. 

Bildirilib ki, cütlük dəfələrlə ayrılsa da, sonra barışıblar, amma bu dəfə münasibətlərini barışmamaq üzrə sonlandırıblar. 

Qeyd edək ki, 2019-cu ildə Martin Dakotanın uşaq dünyaya gətirməsini istəmişdi. Bu barədə fikir ayrılığı yaşayan cütlük mübahisə etmiş və tanış olduqları günün ildönümündə ayrılmaq qərarına gəlmişdilər.




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью