8 isveçrəli azarkeş həbs olunub

01.12.2025

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

“Yanq Boyz”un 8 azarkeşi həbs olunub.
"Football-plus.az" xəbər verir ki, onların saxlanılmasına səbəb Avropa Liqasının liqa mərhələsinin 5-ci turunun “Aston Villa” ilə səfər matçında etdikləri olub.
Oyun tribunalardakı insidentlərlə yadda qalıb. Qonaq komandanın 8 azarkeşi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Polisin məlumatına görə, “Villa Park”da baş verən hadisələr zamanı “Yanq Boyz”un azarkeşləri bir neçə qayda pozuntusuna görə həbs olunublar.
Onlara qarşı irəli sürülən ittihamlar arasında stadionda pirotexniki vasitələrdən istifadə, meydana və digər azarkeşlərə müxtəlif əşyalar atmaq, təcili yardım əməkdaşlarına hücum və qadağan olunmuş maddələr daşımaq kimi hərəkətlər var.
Polis nümayəndələri bildiriblər ki, təhlükəsizliyin təmin olunması üçün “Aston Villa” və arenanın stüardları ilə sıx əməkdaşlıq qurulub. Saxlanılan azarkeşləri ciddi hüquqi cəzalar, o cümlədən gələcəkdə futbol oyunlarına giriş qadağası gözləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью