Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
“Rusiya ilə həmsərhəd olan Avropa ölkələri Avropa İttifaqından (Aİ) onlara vəsait ayırmasını istəyib”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
“Rusiya ilə həmsərhəd olan səkkiz ölkənin lideri dekabrın 16-da keçiriləcək Helsinki sammitindən istifadə edərək assosiasiyanın növbəti uzunmüddətli büdcəsində müdafiə xərclərinin ayrılmasını tələb edəcək”, – deyə bildirilib.
Bundan əvvəl NATO-nun Baş katibi Mark Rutte Aİ ölkələrini Rusiya ilə müharibə ehtimalına qarşı müdafiə xərclərini artırmağa çağırmışdı.
Əliyar Xəlil
Globalinfo.az