8 Marta özəl restoranlarda vəziyyət necədir? SORĞU | Icma.az
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Qarşıdan 8 mart Beynəlxalq qadınlar günü gəlir.
Bununla bağlı bəylərimiz xanımlarına hədiyyələrlə yanaşı, onları xoş əhval-ruhiyyə bəxş etmək üçün restoranlara aparırlar.
Həmçinin qadınlarda öz rəfiqələri ilə 8 marta özəl restoranlara, əyləncə mərkəzlərinə üz tuturlar.
Bəs həmin gün restoranlarda və əyləncə mərkəzlərində qiymətlər, şou-proqramlar necə olacaq?
SİA bununla bağlı restoranların 8 marta özəl proqramlarını və qiymətlərini təqdim edir: “Neolit” restoranı: “Neolit restoranında 8 mart-Beynəlxalq qadınlar gününə özəl şou-proqram olacaq.
Həmçinin bu özəl gündə unudulmaz ifalar, dinamik performanslar və yüksək əhval-ruhiyyə ilə dolu bir axşam olacaq.
Bununla yanaşı səhnədə Qurd, Ceyhun Bakınsky, Aynur Dadaşova, Amina Şirin, Pərvanə, İsmayıl Hüseynbəyli kimi müğənnilər çıxış edəcək”.
“Manqalüstü” restoran: “ 8 mart Qadınlar gününə özəl möhtəşəm şou-proqram olacaq.
Tam oxu
Xəbəri oxu