Icma.az bildirir, Milli.az saytına əsaslanaraq. Adnan Oktarın həbsdə olarkən təşkilatçılıq fəaliyyətini davam etdirdiyi iddiası ilə açılan i
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adnan Oktar silahlı cinayət təşkilatının üzvlərini yaşatmaq və ifşa olunmuş üzvlərini
Həbsdə olan müttəhim Adnan Oktar İstanbul 1-ci Ağır Cəza Məhkəməsində keçirilən iclasa yerləşdiyi həbsxanadan Audio və Video İnformasiya Sis
Həbsdə olmayan 7 müttəhimin iştirak etdiyi iclasda təqsirləndirilən şəxsin vəkilləri də iştirak edib.
İclasın mahiyyəti ilə bağlı fikirlərini açıqlayan dövlət ittihamçısı təqsirləndirilənlər Adnan Oktar, Meltem Daban və Ferhunde Eda Babunanın "silahlı cinayət təşkilatı yaratmaq və idarə etmək" cinayətindən hər birinin 5 ildən 12 ilədək azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, Ali Apellyasiya Məhkəməsində Adnan Oktar silahlı cinayət təşkilatı işi üzrə apellyasiya şikayəti iyul ayında başa çatdırılıb.
Buna görə, Adnan Oktara cinayət təşkilatı yaratmaq və idarə etmək, cinsi zorakılıq və cinsi təcavüz, təhsil hüququnun qarşısının alınması və şəxsi azadlıqdan məhrum etmə cinayətlərinə görə verilən 8 min 463 il 4 ay həbs cəzası təsdiq edilmişdir.
Fidan Milli.Az Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.