8 min il həbs cəzası alan Adnan Oktar yenidən məhkəməyə çıxarılıb Xəbər saytı Son xəbərlər…
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir. Türkiyədə 8 658 il həbs cəzasına məhkum edilən cinayətkar təşkilatının rəhbəri Adn
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir. Məlumata görə, Adnan Oktarın təşkilatçılıq fəaliyyətini həbsxanadan davam etdirdiyi, x
Oktar iclasa audio və vizual informasiya sistemi vasitəsilə qoşulub.
Məhkəmədə həbsdə olmayan 7 müttəhim və müttəhimin vəkilləri də iştirak edib.
Qeyd edilib ki, Adnan Oktarın əsas məqsədi məhkəmənin əsassız olduğunu və təşkilat üzvləri ilə sevgi münasibəti olduğunu sübut etmək, peşmançılıq ifadə edən insanlara təzyiq göstərməklə ifadələrini geri çəkmələrinə nail olmaq, sosial şəbəkədə paylaşımlar edərək təşkilatın aktivliyini saxlamaq və azadlıqda olan təşkilat üzvlərinin necə davranacağına qərar vermək, şübhəlilər Meltem Daban və Ferhunde Eda Babunaya bu istiqamətdə göstərişlər vermək olub.
Elan edilən rəydə müttəhimlər Adnan Oktar, Meltem Daban və Ferhunde Eda Babunanın "Cinayət törətmək məqsədilə təşkilat yaratmaq və ona rəhbərlik etmək" maddəsi üzrə 5 ildən 12 ilədək həbs cəzasına məhkum edilməsi istənilib.
Xatırladaq ki, 72-si həbsdə olmaqla, 215 müttəhimin mühakimə olunduğu Adnan Oktar cinayətkar təşkilatına qarşı açılan məhkəmə prosesində İstanbul Ağır Cəza Məhkəməsi tərəfindən 16 noyabr 2022-ci ildə qərar verilmişdi.
Qərara əsasən, Adnan Oktar ümumilikdə 891 il müddətinə azadlıqdan məhrum edilib.
Tam oxu
Xəbəri oxu