Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dekabrın 15-də dövlət qurumunun balansında olan 3 avtomobil hərrac yolu ilə satışa çıxarılacaq.
Avtosfer.az xəbər verir ki, saat 10:00-da keçiriləcək hərracda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin balansında olan “Hyundai Sonata”, “Hyundai Tucson” və “Toyota Land Cruiser Prado” markalı avtomobillər satışa təqdim ediləcək.
2007-2009-cu illərdə istehsal olunan avtomobillərin start qiymətləri 8 000 manatdan 14 000 manatadək dəyişir.
Satışa çıxarılan nəqliyyat vasitələrinin siyahısını təqdim edirik:
"Hyundai Sonata” – 2009-cu il, start qiyməti 8 200 manat (beh – 820 manat);
“Hyundai Tucson” – 2007-ci il, start qiyməti 8 000 manat (beh – 800 manat);
“Toyota Land Cruiser Prado” – 2007-ci il, start qiyməti 14 000 manat (beh – 1 400 manat).
Hərracda iştirak etmək istəyən şəxslər müvafiq avtomobilin start qiymətinin 10 faizi həcmində beh ödəməlidirlər.
Qeyd edək ki, nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.(ajans.az)