8 min manatlıq brend çantasını GÖSTƏRDİ VİDEO

22.05.2026

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müğənni Aysun İsmayılova sosial şəbəkədə etdiyi paylaşımı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, ifaçı bu dəfə bahalı brend aksessuarı ilə izləyicilərinin marağına səbəb olub.

Aysun İsmayılova məşhur Hermès markasına məxsus "Herbag 31 Zip Bag" model çantasını nümayiş etdirib. Bildirilir ki, aksesuarın qiyməti 4 min dollardan çoxdur.

Sənətçinin paylaşdığı görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb və istifadəçilər arasında müzakirələrə səbəb olub.

Müğənni paylaşımına yazdığı fikirlərlə də diqqət çəkib. O bildirib ki, əvvəllər insanı xoşbəxt edən şeylərin daha fərqli olduğunu düşünürdü:

"Əvvəllər elə bilirdim ki, insanı xoşbəxt edən böyük şeylərdir. İndi isə anlayıram ki, çox istədiyin nəyəsə sahib olduqdan sonra o da zamanla adiləşir".

İfaçı üçün əsas olanın həmin yolda yaşanan hisslər olduğunu vurğulayıb:

"Dəyişməyən hiss isə o yolda qurduğun xəyallar, ilk həyəcanın və o an özünü necə hiss etdiyindir".

İsmayılova videonu nümayiş məqsədilə paylaşmadığını da qeyd edib:

"Bu videonu göstərmək üçün yox, həmin anı yadda saxlamaq üçün çəkdim".

Onun paylaşımı izləyicilər tərəfindən maraqla qarşılanıb.

Musa
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью