8 min şagird “Təbiət” dərsliyinin pilot sınağında iştirak edib

26.11.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Təbiət” fənninin tədrisində şagirdlərdə elmi savadlılığın formalaşdırılması əsas məqsədlərdən biri kimi müəyyənləşdirilib".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün təşkil olunan sayca ikinci təlim-müzakirədə əsas məruzəçi və təqdimatçı qismində çıxış edən fizika fənni üzrə müəllif Rasim Abdurazaqov qeyd edib.

Onun sözlərinə görə, “Təbiət” dərslik komplekti Azərbaycan Təhsil İnstitutunda yaradılmış 12 mütəxəssisdən ibarət komissiya tərəfindən hazırlanıb, Sinqapur mütəxəssisləri tərəfindən redaktə edilib.

Bildirilib ki, fənn üzrə spesifik təlim nəticələri müəyyənləşdirilib, məzmunda biologiya, kimya, fizika və coğrafiya fənlərinin inteqrasiyasına nail olunub. Həmçinin dərslik komplektinin hazırlanmasında tədqiqat əsaslı təlim prinsipinə riayət edilib.

Qeyd olunub ki, 2021/2022 və 2022/2023-cü tədris illərində ölkə üzrə 132 məktəbdə təxminən 8 min şagird dərslik komplektinin pilot sınağına cəlb olunub.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью