8 min tabut xəbərinə Gömrük Komitəsindən RƏSMİ CAVAB

07.01.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycana Çindən 8 min ədəd tabutun gətirilməsi barədə sosial şəbəkələrdə yayılmış xəbərə aydınlıq gətirilib.
 

MÖVZU İLƏ BAĞLI: 

8 min tabut Azərbaycana niyə gətirilib?


Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Dövlət Gömrük Komitəsindən bildirilib ki, ölkəyə 8 min ədəd taxta paltar sancağı gətirilib.
Sadəcə, gömrük bəyannaməsində malın təsviri və 2 kodunda yol verilən texniki xəta səbəbindən paltar sancağı kimi yox, tabut kimi qeydə alınma olub.
 

"Çin Xalq Respublikasından idxal edilən “taxta paltar sancaqları” malı rəsmiləşdirilən zaman gömrük bəyannaməsində malın təsviri və XİF MN kodunun ilk 4 rəqəmi düzgün qeyd olunub, növbəti 5-ci və 6-cı rəqəm səviyyəsində isə texniki xətaya yol verilib".


Bildirilib ki, gömrük bəyannaməsində müvafiq düzəliş edilməklə texniki xəta aradan qaldırılıb.
Xatırladaq ki, Azərbaycana Çindən 8 min tabutun gətirilməsi ictimaiyyət arasında suallar doğurub və geniş müzakirələrə səbəb olub. (Modern.az)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью