8 mindən çox Azərbaycan vətəndaşının adbaad siyahısı yayıldı

15.02.2025

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Builki seçkidə bələdiyyə üzvü seçilmiş şəxslərin tam siyahısı yayılıb. Moderator.az xəbər verir ki, siyahıda 8 min nəfərdən çox insanın adı var.

Bələdiyyə seçkiləri bu il yanvarın 29-da keçirilib. Mərkəzi Seçki Komissiyası seçkinin nəticələrini fevralın 14-də təsdiqləyib. 27 seçki məntəqəsində səsvermənin nəticələri və 3 bələdiyyəyə seçki etibarsız sayılıb, 8039 nəfər bələdiyyə üzvü seçilib, bələdiyyə üzvü seçilənlərdən biri sonradan vəfat etdiyi üçün 1 bələdiyyə tam olmayan, 681 bələdiyyə tam tərkibdə formalaşıb. Azərbaycanda 685 bələdiyyə var. 9, 11, 13, 15, 17, 19 nəfərlik bələdiyyələrin ümumilikdə 8071 üzvü olmalıdır. Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Müddətin hesablanması səsvermənin keçirildiyi gündən başlanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью