Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır. Xəbər verdiyimiz kimi, Zaqatala-Bakı marşutu üzrə hərəkət edən avtobus qəzaya uğr
Qəza zamanı avtobusda xəsarət alan 8 nəfər sərnişin Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbbi Yardım Şöbəsinə aparılıblar.
Hadisə ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, 16-da Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən 99-LV-202 dövlət qeydiyyat nömrə nişanlı “Mercedec Travego” markalı sərnişin avtobusu Yevlax-Zaqatala-Gürcüstan yolunun Xanabad kəndindən keçən hissəsində qəzaya düşüb.
Qeyd edilib ki, qəza nəticəsində ölüm faktı qeydə alınmayıb.
Xəsarət alan sərnişinlər xəstəxanaya aparılıb.: “Baş verən qəza ilə bağlı təəssüfləndiyimizi bildirir, xəsarət alanlara şəfa diləyirik.
Hadisə ilə əlaqədər hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Araşdırmanın nəticəsinə əsasən, ictimaiyyətə əlavə məlumat veriləcək”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.