8 NOYABR atıldı dağlardan Zəfər topları | Icma.az
Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir. 8 noyabr bizim Zəfər hekayəmizdir!
Ölkəmiz üçün qalibiyyət müjdəsinin, bütövlük möcüzəsinin başlanğıcıdır.
Ardınca 2023-cü ilin 23 sentyabrının özü ilə gətirdiyi suverenlik faktı, daha sonra həmin ilin 15 oktyabrında Xankəndidə bayrağımızın ucalma təntənəsi, siyasi arenada güclənən nüfuz, diplomatik səriştə və əzmin yetirdiyi yeni bir Azərbaycan!
Bütün bunların nəticəsidir ki, Zəfər gününü - tarixi taleyimizdə xüsusi rolu olan bu hadisəni bütün mənalarda istiqlalını qazanmış, sərhədlərini bərpa etmiş, böyümüş, güclənmiş, nüfuzunu və səriştəsini artırmış bir ölkənin vətəndaşları kimi qarşılayırıq.
Artıq zaman deyil, proseslər, situasiyalar fərqli şəkil alıb.
Zəfər tariximizin müstəsna tarixi fenomen olduğunu günbəgün daha dərinliyi ilə hiss etməkdəyik.
Bu mənada, nəzər nöqtələri, diskurslar, yanaşmalar dəyişib və dəyişməkdədir.
Yəqin ki, tədricən şüuraltı axın daha dərinlərə işlədikcə çağın obrazını daha əhatəli, epik panoram genişliyi ilə idrak edəcəyik.
Tam oxu
Xəbəri oxu