Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Beləliklə, Azərbaycan coğrafiyasının yaratdığı üstünlüyü geosiyasi təsir imkanına çevirir. Bir vaxtlar münaqişənin yaratdığı məhdudiyyətlər səbəbindən reallaşa bilməyən regional əməkdaşlıq perspektivləri indi yeni siyasi və iqtisadi gündəliyin əsas istiqamətlərindən birinə çevrilir”.
Deputatın fikrincə, 8 Noyabrın Azərbaycan xalqına və dövlətinə verdiyi ən böyük dərs budur ki, tarix qarşısında passiv mövqe tutanlar başqalarının yazdığı ssenarilərin iştirakçısına çevrilirlər: “Öz taleyinə sahib çıxanlar isə tarixin müəllifləri olurlar. Bu baxımdan 8 Noyabr Azərbaycanın sadəcə torpaqlarını deyil, tarixi iddiasını, siyasi iradəsini və gələcək hədəflərini də geri qaytardığı gündür. Odur ki, Şuşadan başlanan Zəfər yolu bu gün Avrasiyanın geosiyasi xəritəsində yeni istiqamətlər açır. Çünki Zəfərin ən böyük mənası yalnız qalib gəlmək deyil, qələbədən sonra yeni tarix yazmaq, yeni reallıq yaratmaq və gələcəyin siyasi arxitekturasında özünə layiqli yer tutmaqdır. 8 Noyabr isə bu tarixin başlanğıcıdır”.
Mürtəza