8 Noyabr prospektində işıqfor xarab olub, sıxlıq yaranıb

20.02.2025

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Bakının 8 Noyabr prospektində işıqfor işləmir.
Bizim.Media xəbər verir ki, axşam saatlarında, prospektin "Nargilə" dairəsi istiqamətindəki işıqforun fəaliyyətində texniki nasazlıq yaranıb.
Nəticədə nəqliyyatın hərəkəti çətinləşib, sürücülər saatlarla yolda qalıblar.
Məsələ ilə bağlı oxu.azz-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov bildirib ki, qeyd olunan yolda işıqforun işləməməsinə səbəb ərazidə elektrik təchizatının kəsilməsidir:
"Problemin qısa müddət ərzində aradan qaldırılması məqsədilə aidiyyəti qurum tərəfindən işlər görülür" - deyə Ö. Xıdırov bildirib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью