8 Noyabr prospektində işıqforun işləməməsinin səbəbi məlum oldu KONKRET | Icma.az
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq. Bakının 8 Noyabr prospektində işıqforun işləməməsinin səbəbi məlum olub.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov bildirib ki, qeyd olunan yolda işıqforun işləməməsinə səbəb ərazidə elektrik təchizatının kəsilməsidir: “Problemin qısa müddət ərzində aradan qaldırılması məqsədilə aidiyyəti qurum tərəfindən işlər görülür” – deyə Ö.
Xıdırov bildirib. *** Bakının 8 Noyabr prospektində işıqfor işləmir.
KONKRET.az xəbər verir ki, axşam saatlarında, prospektin “Nargilə” dairəsi istiqamətindəki işıqforun fəaliyyətində texniki nasazlıq yaranıb.
Nəticədə nəqliyyatın hərəkəti çətinləşib, sürücülər saatlarla yolda qalıblar.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu