“8 Noyabr Zəfər günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq salnaməsidir…
Moderator.az saytına istinadən Icma.az xəbər verir. “8 Noyabr Azərbaycanda Zəfər bayramı təntənəli qeyd olunur.
Çünki tam şəkildə suverenliyimizi bərpa etmişik. Azərbaycanın bütün ərazisində bayraqlarımız dalğalanır. Bu, böyük bir şərəfdir”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib.
Millət vəkili qeyd edir ki, 8 Noyabr- Zəfər günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq salnaməsidir: “Şuşanın işğaldan azad edildiyi gün, həm də İkinci Qarabağ müharibəsində həlledici manevr oldu.
Böyük tarixi əhəmiyyət kəsb edən bu gün 40 dörd günlük mübarizənin pik nöqtəsi idi.
44 günlük hərbi əməliyyatlarımızdakı zəfərimiz Ali Baş Komandanın "Dəmir yumruq" siyasəti və rəşadətli Azərbaycan ordusu, mübarizə ruhu, qələbə əzmi ilə yaşayan Azərbaycan vətəndaşının vəhdətinin nəticəsi idi.
Qanlarıyla tarix yazan şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin.
Bu qələbə 29 il təcavüzə məruz qalmış torpaqlarımızın işğaldan azad olunması ilə yanaşı, həm də regionun inkişafı üçün yeni imkanlar yaratdı.
Tam oxu
Xəbəri oxu