8 Noyabrda yük avtomobili aşdı, YOL BAĞLANDI

30.09.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, qəza Suraxanı rayonu, Zığ şosesində qeydə alınıb. Qəza səbəbindən yük avtomobili yolun hərəkət hissəsinə aşıb və 8 Noyabr prospekti istiqamətində yol bağlanıb. 

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, hadisə ilə əlaqədar Zığ şosesindən 8 Noyabr prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.

Hazırda polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik tədbirləri görülməklə aşan avtomobilin yoldan götürülməsi və hərəkətin bərpa edilməsi məqsədilə işlər görülür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью