8 ölkə Fələstində gələn il seçkilərin keçirilməsinə çağırış etdi

29.11.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Böyük Britaniya, Fransa, Avstraliya, Belçika, Kanada, Lüksemburq, Norveç və Polşa Fələstin rəhbərliyini 2027-ci ilin ilk rübündə parlament və prezident seçkiləri keçirməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə səkkiz ölkənin birgə bəyanatında bildirilib.
Bəyanatda Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbas seçkilərin keçirilməsi istiqamətində addımlar atmağa dəvət olunub.
Sənəddə vurğulanıb ki, “Fələstində demokratik yenilənmə iki dövlətli həll prinsipinin qorunmasından ayrılmazdır”.
Bizim.Media 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью