8 qabırğasını sındıran ərini BAĞIŞLADI

27.01.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyanın Altay diyarında arvadına ağır xəsarətlər yetirən kişi barəsində məhkəmə qərarı açıqlanıb.

Redaktor.az bu barədə rus mediasına istinadla xəbər verir.

Yerlı məhkəmə orqanlarının məlumatına görə, Novoaltaysk şəhərində yaşayan ər-arvad arasında qısqanclıq zəminində mübahisə baş verib. Kişi həyat yoldaşını xəyanətdə şübhəli bilərək onu amansızcasına döyüb və nəticədə qadının səkkiz qabırğası sınıb. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 112-ci maddəsinin 1-ci hissəsi (qəsdən sağlamlığa orta ağır zərər vurma) üzrə cinayət işi açılıb.

Zərərçəkmiş qadın sonradan həyat yoldaşını bağışlayaraq məhkəməyə barışıq əsasında cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət təqdim edib. Lakin hakim bu vəsatəti təmin etməyib.

Məhkəmənin qərarı ilə kişi təqsirli bilinərək 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona yaşayış yerini dəyişmək və Novoaltaysk şəhərindən kənara çıxmaq da qadağan olunub.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью