Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
İtaliya A Seriyasının növbəti turunda "San Siro" stadionu bol qollu qarşılaşmaya səhnə olub. Kristian Kivunun rəhbərlik etdiyi "İnter" öz meydanında "Udineze"ni 5:3 hesabı ilə məğlub edərək dramatik geri dönüşə imza atıb.
“Yeni Sabah” xəbər verir ki, qarşılaşmaya kəsərli başlayan qonaqlar Ceyms Abankva (9') və Yürgen Ekkelenkampın (16') qolları ilə iki topluq üstünlük əldə ediblər (0:2). Lakin buraxılan qollardan sonra toparlanan milanlılar Karlos Auqusto (26') və Nikolò Barellanın (35') dəqiq zərbələri ilə tarazlığı bərpa ediblər.
İkinci yarıda hücum impulsunu artıran "İnter" Markos Türam (57'), Pio Espozito (67') və Anj-Yoan Bonninin (79') qolları ilə hesabı 5:2-yə çatdıraraq matçın taleyini həll edib. Görüşün son dəqiqəsində İdrissa Qeyenin (90') vurduğu qol isə fərqi azaldsa da, "Udineze"ni məğlubiyyətdən xilas edə bilməyib. Dördpendirli pizza