8 saat sonra 3 yaşlı uşaq sağ, 4 nəfər isə ölü tapılıb

19.11.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Tbilisinin Poniçala rayonunda yaşayış binasında baş verən qaz partlayışından təxminən 8 saat sonra xilasedicilər dağıntılar altından 3 yaşlı uşağı sağ çıxarıblar.

Modern.az xəbər verir ki, uşaq təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Onun səhhətinin qənaətbəxş olduğu qeyd olunur. Fövqəladə Halların İdarə Edilməsi Xidmətindən verilən məlumata əsasən, hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir. Xilasedicilər dağıntılar altından iki qadının, bir kişinin və azyaşlı uşağın meyitini də aşkarlayıblar. Tbilisi meri Kaxa Kaladze və daxili işlər naziri Sulxan Tamazaşvili səhər saatlarından etibarən hadisə yerindədirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью