Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın Luiziana ştatında 8 yaşlı qız uşağı nadir və ağır infeksiya səbəbindən həyatını itirib.
Demokrat.az xəbər verir ki, Lillian Smartın isti şirin suda üzdükdən sonra Naegleria fowleri adlı mikroorqanizmlə yoluxduğu ehtimal edilir.
Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, beynində yaranan ağır zədələnmə səbəbindən uşağın həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, xalq arasında “beyin yeyən amip” kimi tanınan bu mikroorqanizm əsasən isti şirin su hövzələrində, o cümlədən göllər, çaylar və kanallarda rast gəlinir. Amip suyun burun yolu ilə orqanizmə daxil olduqda beyinə keçərək primer amibik meninqoensefalit adlanan ağır infeksiyaya səbəb ola bilər. Xəstəlik son dərəcə nadir hallarda qeydə alınsa da, çox ağır nəticələrə səbəb olur.
Hadisə ilə bağlı ştatın səhiyyə qurumları bildiriblər ki, bu, Luizianada 2013-cü ildən bəri qeydə alınan ilk təsdiqlənmiş Naegleria fowleri yoluxmasıdır. Eyni zamanda, ABŞ-də 1937–2025-ci illər arasında bu mikroorqanizmlə bağlı təxminən 180 hadisə qeydə alınıb. Səhiyyə mütəxəssisləri isti şirin sularda üzən şəxsləri ehtiyatlı olmağa çağırır. Məlumata görə, mikroorqanizm insandan insana keçmir və təbii su hövzələri mütəmadi olaraq bu amipə görə yoxlanılmır.
Nuray Paşşanlı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Demokrat.az xəbər verir ki, Lillian Smartın isti şirin suda üzdükdən sonra Naegleria fowleri adlı mikroorqanizmlə yoluxduğu ehtimal edilir.