8 yaşlı uşaq 8 ci mərtəbədən yıxılıb öldü KONKRET

14.06.2025

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Ötən gecə Bakının Nərimanov rayonu Balaəmi Dadaşov küçəsində yerləşən “Zümrüd Residence”də bədbaxt hadisə baş verib.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, 8 yaşlı uşaq 8-ci mərtəbədən yıxılaraq ölüb.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 14 iyun 2025-ci il tarixində 8 yaşlı şəxs (kişi cinsli) bədənin müştərək travmaları diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə hospitalizasiya olunub.

Aparılan bütün zəruri tibbi yardımlara baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью