8 yaşlı uşaq daş hasarın altında qalıb öldü

21.04.2025

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Cəlilabad rayonunda azyaşlı bədbəxt hadisənin qurbanı olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün axşama doğru rayonun Alar kəndində baş verib.

Belə ki, 2017-ci il təvəllüdlü Muradov Nizami Bəfadin oğlu həyətlərində olarkən qəfil aşan daş hasarın altında qalıb.

Ağır xəsarət alan azyaşlı rayon xəstəxasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Surxay Şahbazov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью