80 ci illərin dəbi qayıdır

18.08.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

1980-ci illərdə populyar olan geyimlər 2026-cı ilin payızında yenidən dəbə minəcək.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Vogue” jurnalının hesabatında bildirilir.

Qeyd olunur ki, rəngli corablar və iri çiyin yastıqcıqlarına malik geyimlər — o cümlədən bir vaxtlar işgüzar qadınların qarderobunun ayrılmaz hissəsi olan pencəklər yenidən dəbə qayıdacaq.

Bundan əlavə, “color-blocking” (rənglərin kontrastlı uyğunlaşdırılması)  və “preppy” (ABŞ-nin elit özəl məktəb və universitetlərinin tələbələrinin geyim tərzindən yaranan klassik, səliqəli və zərif bir modadır) üslublu geyim tərzləri yenidən populyarlıq qazanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью