80 manat alan müharibə veteranlarına dəfn pulu da ÖDƏNİLMİR

13.08.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sosial şəbəkələrdə 80 AZN məbləğində aylıq təqaüd alan müharibə veteranları vəfat etdiyi təqdirdə ailələrinə qanunla müəyyən edilmiş məbləğd dəfn pulunun ödənilmədiyi barədə xəbər yayılıb. 

Müzakirə doğuran paylaşıma çox sayda şərh yazılıb. 

“Cebheinfo.az” belə hüquqi şərhələrdən birinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, veteranın vəfatı zamanı dəfn pulunun verilməsi qaydaları bəzi meyarlara əsasən tənzimlənir.Dəfn pulunun verilmə şərtləri və məbləğləri aşağıdakı kimidir.

Əgər vəfat edən müharibə veteranı eyni zamanda əmək pensiyaçısı idisə (yaşa, əlilliyə və ya xidmət illərinə görə), onun dəfnini təşkil edən şəxsə əmək pensiyasının minimum məbləğinin 3 misli miqdarında dəfn pulu ödənilir.

Veteran qanunvericiliyə uyğun olaraq hər hansı bir sosial müavinət növünü alırdısa, onun dəfni üçün müvafiq dövr üçün müəyyən edilmiş birdəfəlik sosial müavinət məbləği qədər ödəniş edilir.

Əgər veteran vəfat etdiyi dövrdə rəsmi olaraq çalışırdısa və onun xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilirdisə, orta aylıq əməkhaqqının azı 3 misli miqdarında dəfn pulu onun çalışdığı iş yeri tərəfindən ödənilir.

Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və ya digər güc strukturlarının kadrlarında olan və həqiqi hərbi xidmət zamanı (yaxud pensiyaya çıxmış hərbi qulluqçu kimi) vəfat edən şəxslərin dəfn xərcləri birbaşa həmin qurumların daxili nizamnamələrinə və büdcələrinə uyğun olaraq xüsusi qaydada qarşılanır.

Belə olduğu halda yanlış anlaşılmanın səbəbinə gəlincə, insanlar arasında belə bir rəyin yaranmasının əsas səbəbi 80 AZN məbləğində olan Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdüdür. 

Qanuna görə, yalnız bu xüsusi təqaüdü alan və başqa heç bir sosial sığorta statusu (pensiya, rəsmi iş yerindən sığorta və s.) olmayan şəxs vəfat etdikdə, təqaüdün özü əsas götürülərək avtomatik dəfn pulu hesablanmaya bilər. 

Lakin şəxs həm veteran təqaüdü, həm də pensiya alırsa və ya rəsmi işləyirdisə, mütləq şəkildə dəfn pulu ödənilir.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью