80 manat ayıbdır, bu nə müavinətdir verilir? Deputat

26.11.2024

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir sıra məsələlər var ki, elə bil bunu qəsdən edirlər ki, camaat narazı qalsın. 80 manat məsələsi ayıb bir rəqəmdir.

Axar.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Səyyad Salahlı deyib.

"Bizim qəhrəman oğlanlarımıza, qazilərimizə bu nə müavinətdir verilir? Hamı bundan narazılıq edir, qazilər üstümüzə gəlir", - deyə deputat bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью