Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
İngiltərə Premyer Liqasının matçından yayımlanan epizodun izlənmə sayı maraq doğurub.
Ölkə.Az xəbər verir ki, "Liverpul" - "Mançester Siti" qarşılaşmasının dramatik sonluğunu əks etdirən görüntülərə rəsmi səhifədə 80 milyondan çox insan baxıb. Həmçinin 1 milyondan çox reaksiya toplayıb.
Belə ki, sonuncu dəqiqələrdə stadionda yaşananlar, o cümlədən hakimin qərarı sosial şəbəkə istifadəçiləri arasında qızğın müzakirələrə səbəb olub.
"Mançester Siti"nin hücumçusu Erlinq Haland topla sürətlə hərəkət edən zaman "Liverpul"un oyunçusu Dominik Szoboszlay ona mane olmaq üçün formasından çəkib. Ardınca topa çatmadığını görən "şəhərlilər"in futbolçusu eyni qaydada rəqibinin formasını çəkərək topun qapıya çatmasına müvəffəq olub.
Epizodu maraqlı edən tərəf isə bundan ibarət olub ki, qol hesaba alınmayıb və "Liverpul"un futbolçusu qırmızı vərəqə ilə meydandan qovulub.
Ölkə.Az