80 min illik sirr: Neandertallar ox işlətmiş ola bilər

18.08.2025

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Özbəkistandakı Obi-Raxmat ziyarətgahında tapılan daş ox ucluqları əvvəlki fərziyyələrə ziddir.

Kulis.az xəbər verir ki, ox və yay kimi inkişaf etmiş silahların indiyədək yalnız yaşayan insan növü olan "Homo sapiens"ə məxsus olduğu düşünülürdü.

Lakin Özbəkistanda yerləşən Obi-Raxmat sığınacağında tapılan daş ox ucluqları bu fikri dəyişə bilər.

Təxminən 80 min il əvvələ aid olan bu kiçik və iti ucluqlar bölgədə neandertalların üstünlük təşkil etdiyi dövrə aiddir.

“Üçbucaq mikrouclar” isə daha sonrakı dövrlərdə müasir insanlara aid edilən ox ucluqları ilə demək olar ki, tamamilə eynidir.

Qeyd edək ki, araşdırma "PLoS One" dergisinde yayımlanıb.

Çəkiliş meydançasında aktyorlara psixoloji və fiziki təzyiq göstərən dahi rejissor "Küçələri, çayxanaları gəzib satıram" - Corab satmaqla dolanan Allahverdi Yolçuyevlə müsahibə Castin Timberleyk kəskin tənqidə məruz qaldı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью