80 mindən çox azərbaycanlı Rusiyaya iş axtarmağa gedib Statistika

15.11.2026

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

2026-cı ilin ilk 9 ayında 83.991 Azərbaycan vətəndaşı iş axtararaq Rusiyaya daxil olub.

"Yeni Sabah" TASS-a istinadla xəbər verir ki, səfərlərinin məqsədini iş kimi göstərən əcnəbilər arasında ermənilər altıncı yerdədir.

Yanvar-sentyabr ayları arasında Rusiyaya işləmək məqsədilə 111.235 Ermənistan vətəndaşı da gəlib. Bu göstəricidə Ermənistan Özbəkistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan və Çindən geri qalıb. Online alış-veriş

Özbəkistan 1.535.026 vətəndaşla liderlik edib. Sonrakı yerlərdə Tacikistan (665.892), Qırğızıstan (289.061), Qazaxıstan (176.037) və Çin (127.176) vətəndaşları gəlir.

Vətəndaşlarının Rusiyaya iş axtararaq gəldiyi digər ölkələr Hindistan (38.816), Türkmənistan (19.038) və Türkiyə (12.873) olub.

2025-ci ildə Özbəkistan vətəndaşları da Rusiyaya iş axtararaq səfərlərin sayına görə birinci yerdə olublar. Ötən ilin yanvar-sentyabr ayları arasında ölkəyə 1.771.406 Özbəkistan vətəndaşı gəlib ki, bu da 2026-cı ilin eyni dövrü ilə müqayisədə 236.380 nəfər çoxdur. Özbəkistan da 2026-cı ilin birinci yarısında liderlik edib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью