80 yaşında konsert verdi, hamını valeh etdi Video

05.02.2025

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən gün Heydər Əliyev Sarayında Xalq artisti Polad Bülbüloğlunun 80 illiyinə həsr olunan yubiley konserti keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konsertdə hökumət və dövlət nümayəndələri, deputatlar, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət üzvləri iştirak ediblər.

Müğənni-bəstəkarın konserti anşlaq keçib.

Sosial şəbəkələrdəki paylaşımlarda Bülbüloğlunun 80 yaşında olmasına baxmayaraq, konsertinin çox dinamik və rəngarəng keçdiyi bildirilib.

Qeyd edək ki, millət vəkili Polad Bülbüloğlu fevralın 3-də ölkə Prezidentinin Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Konsertdən görüntüləri təqdim edirik:





Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью