80 yaşlı həyat yoldaşından boşanan aktrisa TANINMAZ HALDA

25.01.2025

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aktrisa Meltem Miraloğlunun hazırda çətin vəziyyətdə yaşadığı bildirilib.

BAKU.WS xəbər verir ki, sənətçinin 80 yaşlı həyat yoldaşı Patrik Qredidən boşandıqdan sonra supermarketdə kassir işlədiyi və evlərə təmizliyə getdiyi deyilir.

Aktrisa İllinoys ştatını tərk edərək Nyu Cersi ştatına köçərək orada yaşamağa başlayıb. Yayılan son fotolarda da Meltem Miraloğlunun xarici görünüşün dəyişdiyi və maddi vəziyyətinin yaxşı olmadığı əks olunub.

Xatırladaq ki, Meltem Miraloğlu 2019-cu ildə özündən 48 yaş böyük Patrik Qreydi adlı amerikalı ilə evlənərək ABŞ-yə köçmüşdü.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью