80 yaşlı nənə toyuqlarını qaçıran tülkünü əli ilə tutdu

04.12.2024

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

80 yaşlı Tayyibe Yavuz toyuqları hinindən oğurlayan tülkünü əli ilə tutub.

News24.az ölkə.az-a istinadən xəbər verir ki, hadisə Batmanın Sason rayonunun Gürgənli  kəndində baş verib. 

80 yaşlı Tayyibe nənə hinindəki toqyularını azaldığını görür və ondan sonra hinin yanında  toyuqlarını gözləməyə başlayır. Toyuqlarını gözləyən zaman tülkünün hinə yaxınlaşaraq girdiyini görür. Tayyibe nənə toyuğu tutub aparmaq istəyərkən tülkünü əlləri ilə tutur.

Tayyibe nənənin tülkünü   yaxalaması mobil telefon tərəfindən çəkilib. 

Videoda ərəbcə danışan Tayyibe nənə tülkünü   necə tutduğunu soruşduqda deyir: “Toyuqlarımı yeməyə hazırlaşarkən hində tutdum”.

Tayyibe nənə tülküyə yemək verərək onu buraxıb. Tülkü həyətdə bir qədər dolaşdıqdan sonra kəndi tərk edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью